Bakıda 4 ruhi xəstə dispanserdən qaçıb

Bakıda 4 ruhi xəstə dispanserdən qaçıb
  16 Noyabr 2013    Oxunub:1146
Onlar qaçarkən xəstəxanada xidmət aparan polis əməkdaşına da xəsarət yetiriblər
Azərbaycan paytaxtında ruhi xəstələr Ruhi Əsəb Dispanserindən qaçıb.

AzVision.az apa-ya istinadən xəbər verir ki, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alan 4 nəfər xəstəxanadan qaçıb.

Onlar qaçarkən xəstəxanada xidmət aparan polis əməkdaşına da xəsarət yetiriblər.

Xəstələrin saxlanılması üçün xüsusi qrup yaradılıb. Hazırda onların tutulması istiqamətində tədbirlər davam etdirilir.


Teqlər:  





Xəbər lenti