Fərari hərbçinin tiryək arzusu ürəyində qaldı - FOTO

Fərari hərbçinin tiryək arzusu ürəyində qaldı - FOTO
  16 Noyabr 2013    Oxunub:1191
Qobustan həbsxanasına narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, noyabrın 15-də Qobustan Həbsxanasında cəza çəkən məhkum Kamil Hidayət oğlu Mehbalıyevin yanına qısamüddətli görüşə gəlmiş yaxın qohumu, Bakı şəhər sakini vətəndaş Taleh Maqsud oğlu Qəniyevin gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı əşyalar yığılmış çantanın tutacağı və digər qatlanmış yerlərindən xüsusi üsulla tikilərək gizlədilib, ümumi xalis çəkisi 14,5 qram narkotik vasitə olan "tiryək" aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Taleh Qəniyev Cinayət Məcəlləsinin 332.2.1 (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma; təkrar törədildikdə); 332.2.2 (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma; iki və ya daha çox şəxs barəsində törədildikdə); 332.2.3 (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə); 334.1 (Fərarilik; Fərarilik, yəni hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi)); 185.1 (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə; Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)); 66.1 (Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir); 70 (Şərti məhkum etmə); 71.5 (Şərti məhkum etmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması); 67.1 (Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.); 67.3 (Hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz) maddələrinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti