Rəsul Quliyev müxalifəti pisləyib, özünü təriflədi

Rəsul Quliyev müxalifəti pisləyib, özünü təriflədi
  16 Noyabr 2013    Oxunub:999
“Bir çoxları heç bir iş görməyib və görmür. Onlarda mənfi xarakter axtarmağın mənası yoxdur”.
AzVision.az-ın məlumatına görə, bunu ACP-nin sabiq lideri Rəsul Quliyev bildirib. Facebook səhifəsindən növbəti dəfə müxalifətə söz atan R.Quliyev özünü tərifləyib.

“Məni bütün aspektlərdə tanıyanların sayı çoxdu. Mən daima iş görmüş xalq üçün açıq fiqurayam. Həyatım boyu müxtəlif keyfiyyətli minlərlə adamlarla ünsiyyətdə olmuşam. Onların içərisində ən zəhləm gedənlər çörəkləri dizinin üstündə olanlardır. 100-lərlə tələbələr oxutdurmuşam. Hətta rus dilini bilməyən, ümumiyyətlə savadı olmayan kimlərisə Sankt Peterburqda univeristeti qurtarmasına köməkliklər etmişəm. Onların 90 faizinin nə valideynləri, nə də özləri vaxtilə qeyri-mümkünlük şəraitində etdiyim bu köməklikləri ya unudublar, ya da bəziləri mənim əleyhimə hədyanlar danışıblar. Adətən belə adamlara cavab verməyi özümə layiq görmürəm və heç vaxtda onlara diqqət ayırmayacağam. Bu yazını yazmaqda məqsədim sizə çörəyi dizinin üstündə olanlara fikir verməyin,özünüzü elə aparın ki, guya belə bir məxluq yoxdur onda bəlkə bu tipli adamların sayı onda azaldı”-deyə R.Quliyev müxalifətdəki bəzi şəxslərə mesaj göndərib.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti