ABŞ-dan İrana xəbərdarlıq

ABŞ-dan İrana xəbərdarlıq
  13 Mart 2019    Oxunub:2004
İran rəhbərliyindən özünü yaxşı aparmalıdır, əks halda ona qarşı sanksiyalar qüvvədə qalacaq.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo Hyustonda keçirilən “Ceraweek” konfransında bəyan edib. O həmçinin, Vaşinqtonun İranın neft gəlirlərini sıfıra endirmək niyyətinin dəyişməz olduğunu bildirib.

“İran özünü normal ölkə kimi aparmayanadək, biz ona qarşı sanksiyalar siyasətimizi davam etdirəcəyik. Biz həm də bazar şərtləri icazə verdiyi müddətcə tez bir zamanda İranın neft ixracını sıfıra endirməkdə tam qərarlıyıq. Həmçinin, qollarımızı çirmələyib investisiyaları təşviq etməklə, tərəfdaşlarımızı neftini bizdən almağa həvəsləndirməklə və pis oyunçuları cəzalandırmaqla İranla rəqabətə çıxmalıyıq” – Pompeo vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   sanksiya   ABŞ  





Xəbər lenti