Rusiya Ermənistana qaz tranzitinə görə daha çox pul ödəyəcək

    Rusiya Ermənistana qaz tranzitinə görə daha çox pul ödəyəcək
  13 Mart 2019    Oxunub:2690
Gürcüstan Rusiya qazının Ermənistana tranzit haqqının artırılmasına, eləcə də, Rusiyadan alınan təbii qazın qiymətinin azaldılmasına nail olub.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Natiya Turnava Gürcüstan üzərindən Ermənistana qaz nəqlinin həyata keçirilməsi ilə bağlı Rusiyanın “Qazprom” şirkətilə imzalanan yeni müqavilənin detallarını açıqlayarkən deyib.

Onun sözlərinə görə, Rusiya ilə aprılan danışıqlarda Tbilisinin başlıca vəzifələrindən biri Gürcüstanın irəli sürdüyü şərtlərin təmin edilməsinə nail olmaq idi.

“Biz hər iki – bizə ödənilən tranzit haqqının çoxaldılması və aldığımız rus qazının qiymətinin azaldılması üzrə mövqeyimizi yaxşılaşdırmağa nail olduq. Rusiyadan alınan təbii qazın qiyməti özəl biznesin bu alternativə maraq göstərəcəyi halda azaldılacaq” - Turnava bildirib.

Gürcü nazir onu da bildirib ki, kommersiya sirri olduğundan Rusiya ilə razılaşdırılan qiymətlər açıqlanmır.

Natiya Turnava həmçinin vurğulayıb ki, “Azərbaycan Gürcüstanın əsas enerji təchizatçısı və strateji tərəfdaşı olaraq qalır və yaxın illərdə Gürcüstan bazarında Azərbaycan qazının payı artacaq.”

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Gürcüstan   Rusiya  





Xəbər lenti