Serj Sarkisyan hələ Qarabağdadır – Paşinyanı gözləyib

   Serj Sarkisyan hələ Qarabağdadır –    Paşinyanı gözləyib
  13 Mart 2019    Oxunub:2127
Ermənistanın sabiq prezidenti, hazırkı baş nazir Nikol Paşinyanın 2018-ci ilin aprelində başlatdığı “məxməri inqilab” nəticəsində istefa verməyə məcbur olan Serj Sarkisyan hələ də Dağlıq Qarabağdadır.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın nüfuzlu “Jamanak” qəzeti yazıb. Qeyd olunur ki, martın əvəlindən Xankəndinə gələn Serj Sarkisyanın indiyədək Ermənistana qayıtmamasını səbəbi ötən gün Paşinyanın orada Təhlükəsizlik Şurasının iclasını yekunlaşdırmasını gözləmək və bundan sonra Qarabağ separatçılarının lideri Bako Saakyanla birlikdə Paşinyana qarşı gələcək ssenarini qurmaqdır.

“Sarkisyan dünən keçirilən Təhlükəsizlik Şurasının iclasını gözlədi ki, həmin toplantının yekunlarına uyğun olaraq özünün gələcək planlarını müəyyənləşdirsin. Xankəndində olduğu bu müddət ərzində Ermənistanın sabiq prezidenti Qarabağ “elitasının” nümayəndələri ilə aktiv görüşlər keçirib” – qəzet yazıb.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti