Tramp Kimlə yeni danışıqlara hazırdır

Tramp Kimlə yeni danışıqlara hazırdır
  07 Mart 2019    Oxunub:2216
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla nüvəsizləşdirmə barədə danışıqları davam etdirməyə hazırdır.
Azvision.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton “Fox News” telekanalına müsahibəsində deyib.

“Aydındır ki, prezident (ABŞ-ın) yenidən danışıqlar aparmağa hazırdır. Biz bunu qrafikə necə salacağımızı və növbəti danışıqlardan əldə oluna biləcək nəticələri nəzərdən keçirəcəyik” – Bolton vurğulayıb.

Xatırladaq ki, 27-28 fevral tarixlərində Vyetnamın paytaxtı Hanoyda keçirilən II ABŞ-Şimali Koreya sammiti vaxtından əvvəl və nəticəsiz başa çatıb. ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In təkbətək və geniş tərkibli görüşlərdən sonra sanksiyalar məsələsi barədə razılığa gəlinmədiyi üçün yekun sənəd imzalamaqdan imtina ediblər. Bununla belə, dialoqu davam etdirmək barədə razılıq əldə olunub. ABŞ dövlət katibi Maykl Pompeo isə bildirib ki, bir neçə həftədən sonra Pxenyanda danışıqların yeni raundu keçirilə bilər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Koreya   ABŞ  





Xəbər lenti