Daşkəsəndə 23 qumbara tapılıb

Daşkəsəndə 23 qumbara tapılıb
  07 Mart 2019    Oxunub:2411
Daşkəsən Rayon Xoşbulaq kənd sakini DİN-nin "102" Xidməti - Zəng mərkəzi Sisteminə zəng edərək, Qoşqar çayının Xoşbulaq kəndi ərazisindən keçən hissəsində bir neçə əl qumbarası tapdığını bildirib.
DİN-nun Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, faktla bağlı dərhal Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları və ANAMA-nın çevik əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçirib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 21 ədəd “F-1”, 2 ədəd “FQ-5” əl qumbarası və 21 ədəd pardladıcı aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaralarının tapıldığı yerin ətrafında 100 kv/m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   ANAMA  





Xəbər lenti