Səlim Müslümov vətəndaşlarla görüşüb – FOTOLAR

Səlim Müslümov vətəndaşlarla görüşüb – FOTOLAR
  15 Noyabr 2013    Oxunub:1588
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qax rayonunda vətəndaşlarla görüş keçirib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, bu gün baş tutan görüşdə nazir əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında həmin rayonun və Oğuz, Qəbələ, Şəki, Balakən və Zaqatala rayonlarının sakinləri üçün qəbul keçirib.

“Açıq qapı” şəraitində keçirilən qəbul zamanı ümumilikdə 70-dən çox vətəndaş qəbul edilib. Müraciətlərdə əksini tapan məsələlər daha çox ünvanlı dövlət sosial yardımlarının təyinatı və əlillik dərəcələrinin verilməsi, mənzil, maşın və reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun təminatı və s. məsələlərlə bağlı olub.

Müraciətlərin bir qismində qaldırılan məsələlər elə yerindəcə həll olunub və iki nəfər imtiyazlı vətəndaşın ailələrinin mənzil şəraitinin ağırlığı nəzərə alınaraq onlar üçün fərdi evin inşa etdirilməsi, üç nəfərin xaricdə müalicəsinin təşkilinə köməklik göstərilməsi qərara alınıb, müraciətlərinə uyğun olaraq üç nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin olunub.

Həmçinin ayrı-ayrı vətəndaşların təmsil etdikləri ailələrin maddi durumu və yardıma ehtiyac duyduqları nəzərə alınaraq onlara ünvanlı dövlət sosial yardımının təyin olunması, bir sıra şəxslərin xəstəlik vəziyyətlərinin ətraflı müayinə edilməklə onların əlilliyinin müəyyənləşdirilməsi, işsiz vətəndaşların münasib işlərlə təmin edilməsi üçün onlara bütün mümkün köməkliklərin göstərilməsi tapşırılıb.

Digər müraciətlərdə qaldırılan məsələlərin araşdırılaraq konkret tədbirlər görülməsi və nəticəsi barədə nazirliyin rəhbərliyinə və vətəndaşlara məlumat verilməsinə dair aidiyyatı strukturların rəhbərlərinə göstəriş verilib.

Qəbul zamanı yerli strukturların əməkdaşları tərəfindən bəzən vətəndaş müraciətlərinə laqeyd və səhlənkar münasibət göstərilməsi, süründürməçilik hallarına yol verilməsi səbəbindən vətəndaşlarda haqlı narazılıqların yarandığı da aydın olub. Nazir Səlim Müslümov belə hallara yol verən əməkdaşlarla bağlı intizam tədbirlərinin görülməsi barədə müvafiq strukturlara tapşırıqlar verib.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti