Marqvelaşvili: “Azərbaycanla əməkdaşlığımız daha da inkişaf edəcək”

Marqvelaşvili: “Azərbaycanla əməkdaşlığımız daha da inkişaf edəcək”
  15 Noyabr 2013    Oxunub:935
Bu gün Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili ölkədə akkreditə olunan bir çox ölkələrin səfirləri ilə görüşüb.
Görüşlərdən sonra azərbaycanlı jurnalistlərə açıqlama verən G. Marqvelaşvili Azərbaycan səfiri ilə görüşünün maraqlı keçdiyini bildirib.

Yeni prezident qeyd edib ki, Azərbaycandan ünvanına gələn təbriklər onu çox sevindirir: “Azərbaycan prezidenti ilə mövcud olan münasibətlərimizin davam edəcəyinə əminəm. İnanıram ki, bu vaxta qədər davam edən strateji əməkdaşlığımız daha da inkişaf edəcək”.(apa)


Teqlər:  





Xəbər lenti