Sabah qar yağacaq

Sabah qar yağacaq
  15 Noyabr 2013    Oxunub:907
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında noyabrın 16-da havanın buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.

Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək, gündüz külək mülayimləşəcək. Havanın temperaturunun gecə 8-11, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda noyabrın 16-da arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə instensivləşəcək. Dağlıq və dağətəyi rayonlarda sulu qara və qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Aran rayonlarında gecə 5-10, gündüz 11-16 dərəcə, dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.


AzVision.az


Teqlər:  





Xəbər lenti