Ali Məhkəmə müxalifətçilərin işini təxirə saldı

Ali Məhkəmə müxalifətçilərin işini təxirə saldı
  15 Noyabr 2013    Oxunub:1132
Ali Məhkəmənin Plenumu günün ikinci yarısında işini davam etdirir.
İclasda Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, İctimai Palatanın üzvü İbrahim İbrahimli haqında Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarlarla bağlı məsləyə baxılması təxirə salınıb.

Bu barədə jurnalistlərə S.Cəlaloğlu və P. Hüseynin vəkili Fuad Ağayevin bildirib. Vəkil deyib ki, buna səbəb kimi iclasda məsələ ilə bağlı məruzə edəcək hakimin xəstə olması göstərilib.

Plenumda sabiq səhiyyə naziri Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarının müzakirə olunub-olunmayacağı isə açıqlanmayıb.

Qeyd edək ki, günün ikinci yarısında Plenum mətbuat nümayəndələrinin iştirakı olmadan keçirilir.(apa)


Teqlər:





Xəbər lenti