Meriya təsdiqlədi: Qafar Əhmədov işdən çıxarılıb

 Meriya təsdiqlədi: Qafar Əhmədov işdən çıxarılıb
  15 Noyabr 2013    Oxunub:1290
Bakı Şəhər İcra Hakimiyyəti qurumun Layihələrə baxılması şöbəsinin müdiri Qafar Əhmədovun vəzifəsindən azad olunması xəbərinə münasibət açıqlayıb.

İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Məmmədova AzVision.az-a açıqlamasında Qafar Əhmədovun işdən çıxma xəbərini təsdiq edib.

Bildirib ki, Q.Əhmədov dünən Hacıbala Abutalıbov tərəfindən işindən azad edilib.

İcra rəsmisi Q.Əhmədovun işdən çıxarılma səbəbi haqqında isə məlumatsız olduğunu deyib.

“Başqa dövlət qurumlarında da işdən azad olunanlar olur. Məgər hamısının işdən azad olunmasının səbəbi göstərilir?”- deyə N.Məmmədova deyib.

Qeyd edək ki, BŞİH başçısı Hacıbala Abutalıbov dünən keçirdiyi iclasda Layihələrə baxılması şöbəsinin müdiri Qafar Əhmədov vəzifəsindən azad edib. O iclasda da bu əmri elan edib. Onun işdən çıxarılma səbəbi haqqında isə dəqiq məlumat yoxdur.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti