Müsavatda sədrlik davası: “Məni əvəz edə bilməyəcklər”

Müsavatda sədrlik davası: “Məni əvəz edə bilməyəcklər”
  15 Noyabr 2013    Oxunub:1154
Müsavat Partiyasının Gənclər Təşkilatının sədrliyinə yenidən seçkilər keçiriləcək. Bundan öncə böyük qalmaqalla nəticələri ləğv edilən seçkinin noyabrın 17-də keçiriləcəyi planlaşdırılır. Sədrlik postu uğrunda bu dəfə 3 namizəd mübarizə aparacaq.

Sədrliyi əldən verən Tural Abbaslı qalibin kim olacağı barədə AzVision.az-la fikirlərini bölüşüb. O vurğulayıb ki, təşkilat seçkili orqan olduğundan yalnız üzvlər müəyyən edə bilər ki, sədr kim olsun:

“Bizdə təyinatlı deyil, seçkili orqandır. Ona görə də gənclər kimə etimad göstərsə, kimi seçsə o da sədr olacaq. Mənim isə səsvermə hüququm yoxdur. Çünki gənclik yaşım bitib”.

Keçmiş sədr əmindir ki, namizədlərdən hansının seçilməyindən asılı olmayaraq partiyanın gənclər təşkilatı üçün uğurlu olacaq: “Namizədlərin məni əvəz edə biləcəyinə gəlincə isə, əlbəttə ki, bunu bacaracaqlar. Onların üzvlük təcrübələri var. Təbii ki, məni təkrar edə bilməyəcklər. Ya məndən yaxşı olacaqlar, ya da daha zəif. əminəm ki, sədrlik işinin ödhəsindən daha yaxşı gələcəklər, proseslərdə daha aktiv iştirak edəcəklər”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti