Tramp Suriya elçisini Türkiyəyə göndərir

 Tramp Suriya elçisini Türkiyəyə göndərir
  04 Mart 2019    Oxunub:1695
ABŞ prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri amerikalı hərbçilərin Suriyadan çəkilmə planını və kürdlərin yaşadığı şimal bölgəsində Türkiyə ilə sərhəddə təhlükəsizlik zonası yaradılması məsələsini müzakirə etmək üçün bu gün Ankaraya səfər edərək türkiyəli rəsmilərlə görüşəcək.
Azvision.az “Haberturk”ə istinadən xəbər verir ki, Ceffri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın və milli müdafiə naziri Hulusi Akarla danışıqlar aparacaq. Sabah isə Türkiyə xarici işlər nazirinin köməkçisi Sədat Önal və nazirlikdəki heyət və hərbi rəsmilərlə görüşlər keçirəcək.

Görüşlərdə ABŞ qoşunlarının Suriyadan çəkilmə müddətinin koordinasiya edilməsi ilə yanaşı, Menbiçlə bağlı razılaşdırılmış yol xəritəsinin icra edilməsi, həmçinin, “S-400” və “Patriot” hava hücumundan müdafiə sistemləri məsələsi də müzakirə olunacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   ABŞ  





Xəbər lenti