Cəbhədə atışma: düşmən susdurulub

Cəbhədə atışma: düşmən susdurulub
  15 Noyabr 2013    Oxunub:1394
Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Şıxlar, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti