Bakıdan Kəlbəcər girovuna məktub aparılıb
Kəlbəcər girovu Şahbaz Quliyevin qardaşı İlham Quliyev Azvision.az -a açıqlamasında görüşdən xəbərdar olduğunu deyib.
“Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri bizə zəng edib, görüş barədə məlumat verdilər. Bildirdilər yazdığımız məktubu Şahbaza veriblər. Bizə Şahbazın səhhəti və onun niyə məktub yazmaması barədə heç nə demədilər. Şahbazdan nigaran qaldıq. Nə məktub var, nə də video görüntü”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Girov Kəlbəcər Şahbaz-Quliyev