Qurumuş ağacların yerinə yeniləri əkilib
İstintaq başa çatdıqdan sonra həmin ağacların yerinə yenilərinin əkilməsi təmin ediləcək.
Xatırladaq ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 21 şam ağacının “Xalq city” MTK tərəfindən tikinti işləri aparılan zaman qurudulması, aşması və kəsilməsi faktı ilə bağlı ETSN tərəfindən akt tərtib edilərək təbiətə 8240 manat məbləğində ziyan dəydiyi hesablanmışdı.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Abşeron rayon Prokurorluğuna göndərilmişdi.
Azvision.az