Prezident yeni səfirləri qəbul edib

Prezident yeni səfirləri qəbul edib
  14 Noyabr 2013    Oxunub:897
Prezident İlham Əliyev Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genci Muçayın etimadnaməsini qəbul edib.
Səfir Genci Muçay Albaniya Respublikasının Prezidenti Buyar Nişaninin və Baş nazir Edi Ramanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, əməkdaşlığımızın genişləndirilməsində xalqlarımız arasında mövcud olan yaxın əlaqələrin əhəmiyyətini qeyd edib. Albaniyalı diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsini məmnunluqla vurğulayıb.

Dövlət başçısı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Ölkəmizin Albaniya ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyən Prezident İlham Əliyev regional əhəmiyyətli birgə enerji layihəsinin önəmini qeyd edib. Dövlətimizin başçısı iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Prezident həmçinin , Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin etimadnaməsini qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bu münasibətlərin dostluq prinsipləri əsasında qurulduğunu deyib.

Prezident İlham Əliyev Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Səfir Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt şahzadəsinin salamlarını dövlətimizin başçısına çatdırıb , İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edibi. O, ölkəsinin dövlət başçısının Azərbaycan ilə əlaqələrin genişləndirilməsi işinə böyük önəm verdiyini deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti