Nazir 28 nəfərin öldüyü qəzaya görə istefa verdi

Nazir 28 nəfərin öldüyü qəzaya görə istefa verdi
  28 Fevral 2019    Oxunub:2216
Misirin paytaxtı Qahirə şəhərində 28 nəfərin ölümünə səbəb olan qatar qəzası ilə əlaqədar ölkənin nəqliyyat naziri Hişam Ərəfat Mehdi Əhməd vəzifəsindən istefa verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Mustafa Mədbuli onun istefa ərizəsini qəbul edib.

Qeyd edək ki, bu gün Qahirənin mərkəzindəki “Ramsis” dəmiryolu vağzalında yüksək sürətlə hərəkət edən qatarın platformaya çırpılması və zərbənin təsirindən qatarın yanacaq çəninin partlaması nəticəsində azı 28 nəfər yanaraq ölüb, 50-dən çox insan xəsarət alıb. Ölən və yaralıların əksəriyyəti platformanın kənarında dayanan şəxslər olub.

Azvision.az


Teqlər: Misir   Nazir   İstefa  





Xəbər lenti