ARDNŞ-in idarəsi ləğv ediləcək - İDDİA

ARDNŞ-in idarəsi ləğv ediləcək - İDDİA
  14 Noyabr 2013    Oxunub:1720
`Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Sosial İnkişaf İdarəsi həqiqətən ləğvə doğru gedir. Düşünürəm ki, yanvara qədər bu idarə olmayacaq. İşsiz qalanların məsuliyyəti ARDNŞ rəhbərliyinin üzərinə düşür. Ona görə ki,zamanında bu qədər lazımsız idarələrin yaradılmasına ehtiyac yox idi.

AzVision.az xəbər verir ki, bu fikirləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı öz facebook səhifəsində yazıb:

`İlkin olaraq noyabr ayından mədəni-kütləvi tədbirlər, istirahətin təşkili və təsərrüfat işləri departamenti ləğv olundu. Bu Departamentin 400 nəfər işçisi işdən azad olundu. Onlara iş təklif olunmur.

Epidemologiya və Gigiyena mərkəzi şirkətin Ekologiya idarəsinin tərkibinə verilir. Xatırladıram ki, bu idarə də sonradan yaranıb. Şirkətin ekologiya departamenti,struktura daxil olan idarələrin isə ekologiya şöbələri var. Bundan əlavə Ekol birgə müəssisəsi də var? Şirkət isə ətraf mühitə ziyan vurmaqda davam edir.

Neftçi İdman Sağlamlıq Mərkəzi birbaşa şirkətin tabeliyinə verilir.
ARDNŞ-nin Sosial inkişaf idarəsinin rəisi Qasım İbrahimovun məsələsinə gəldikdə, o, hələlik rəis işləyir`-deyə M.Qəhrəmanlı bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti