Allahşükür Paşazadə: “Ömrümdə zəncir vurmamışam” - FOTOLAR

Allahşükür Paşazadə: “Ömrümdə zəncir vurmamışam” - FOTOLAR
  14 Noyabr 2013    Oxunub:1369
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Aşura günü ilə bağlı bu gün "Təzəpir" məscidində qan verib.
Trend-in məlumatına görə, A.Paşazadə jurnalistlərə bildirib ki, Sovet dövründə çətinliklər olsa da, İmam Hüseyn eşqini bu günə qədər gətirib çıxara bilmişik. Müstəqillikdən sonrakı dövrlərdə isə Aşura günlərində İmam Hüseyn təziyələri daha fəal, daha qanunauyğun şəkildə keçirilir: "Bütün müsəlmanlara başsağlığı verirəm. Allah bizim şəhidlərimizə Kərbəla şəhidlərimizlə birgə rəhmət eləsin. Allah bizə Qarabağ torpaqlarını tezliklə azad olunmasını nəsib eləsin".

QMİ sədri bildirib ki, Aşura günü zəncirin vurulması İslama uyğun deyil, insan özünə əziyyət verməməlidir: "Mən heç ömrümdə özümə zəncir vurmamışam. Qana ehtiyacı olan xəstələr var. İmam Hüseynin də ruhu şad olardı ki, qanlarımızı həmin insanlara verək. Bu, böyük savabdır. Mən istərdim ki, imkanı olan bütün müsəlmanlar tək Aşura günü yox, başqa günlərdə də qan versinlər. Bir insanın həyatını xilas etmək bütün dinlərdə bəyənilir. Bu gün İmam Hüseyn aramızda olsaydı, o da belə addım atardı. Bəziləri təbliğ edirlər ki, guya İmam Hüseyn şiədir. Ancaq imam Hüseyn müsəlmandır, nə şiə, nə sünnidir. Bu gün həm sünni, həm şiə məzhəbindən olanlar İmam Hüseyn təziyəsini keçirirlər".

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti