Həmyerlisinin maşınını oğurladı

Həmyerlisinin maşınını oğurladı
  25 Fevral 2019    Oxunub:1551
Kürdəmir Rayon Polis Şöbəsinə fevralın 23-də saat 1 radələrində Atakişili kəndi ərazisindən Xırdapay kənd sakini H.Səlimovun “VAZ-21074” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Böyük Kəngərli kənd sakini N.İsmayılov həmin avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Kürdəmir RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti