Qarabağ münaqişəsi ABŞ-ın gündəmində

Qarabağ münaqişəsi ABŞ-ın gündəmində
  09 Mart 2013    Oxunub:675
Dağlıq Qarabağ münaqişəsi Amerika Birləşmiş Ştatlarında gündəmə gəlib.
Belə ki, Nyu-Yorkda GUAM-a üzv olan Azərbaycan, Ukrayna və Moldovanın daimi nümayəndələri və Gürcüstanın müvəqqəti işlər vəkilinin Avropa İttifaqı, həmçinin BMT yanında Nümayəndəliyinin rəhbəri ilə görüşü keçirilib.

Görüş zamanı, ölkəmizin BMT yanında Daimi Nümayəndəsi, Səfir Aqşin Mehdiyev, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri və Xocalı faciəsi daxil olmaqla, müharibə zamanı mülki şəxslərə qarşı törədilən cinayətlər barədə ətraflı məlumat verib.

GUAM-a üzv dövlətlərinin nümayəndələri ölkəmiz ilə həmrəy olduqlarını vurğulayaraq, regionda mövcud olan münaqişələrin qısa müddətdə həll edilməsi və müharibə nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.


Teqlər:





Xəbər lenti