Salmanzadənin evindən narkotik və silah çıxdı

Salmanzadənin evindən narkotik və silah çıxdı
  23 Fevral 2019    Oxunub:1625
Bərdə şəhər sakininin evinə baxış zamanı narkotik vasitələr, müvafiq sənədləri olmayan odlu silah və saxta əskinaslar aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini S.Salmanzadənin evinə baxış zamanı 170,49 qram heroin, 11,01 qram tiryək, 19,79 qram marixuana, 63 ədəd çətənə toxumu, 30,86 qram metamfetamin, 8,39 qram metadon, 2,24 qram kalsium-permanqanat, 10 ədəd tramadol həbləri, 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri, 18 ədəd müxtəlif çaplı patron, 1 ədəd 100, 1 ədəd 50, 1 ədəd 20, 6 ədəd 5 və 1 ədəd 1 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti