Silsilə oğurluq edən şəxslər saxlanılıb

Silsilə oğurluq edən şəxslər saxlanılıb
  22 Fevral 2019    Oxunub:1738
Quba şəhəri ərazisində bir sıra oğurluq və oğurluğa cəhd hadisələrini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 1 mağazadan videokameranın yaddaş qurğusu, 1 marketdən kassa aparatı, şirkətlərdən birinə məxsus inzibati binanın xidməti otağından 400 manat, yarımstansiyaların birindən kompressor və digər elektrik avadanlıqları oğurlamaqda, redaksiyalardan birinin binasından və regional mətbuat yayım idarəsindən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Quba rayon sakini R.Şahmirzəyev və Abşeron rayon sakini A.Bəşirov saxlanılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti