Ekvadorda 7,7 bal gücündə zəlzələ olub

Ekvadorda 7,7 bal gücündə zəlzələ olub
  22 Fevral 2019    Oxunub:1638
Ekvadorun şərqində 7,7 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Təkanlar yerli vaxtla saat 10:17 radələrində Palora şəhərindən 132 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələ ocağının 152 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Mümkün dağıntı və itkilər barədə hələlik məlumat yoxdur.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ekvador   ABŞ  





Xəbər lenti