Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
  22 Fevral 2019    Oxunub:1798
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri zamanı külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının rayonun Sərək kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd sakini Fərhad Əliyev 29 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq, onun yaşadığı evə keçirilən baxış zamanı yaşayış evinin saxlanc kimi istifadə etdiyi otağından çəkisi 5 kiloqram olan qurudulmuş marixuana, həmçinin evin həyətində torpağa basıdırılmış 2 ədəd 3 litrlik bankadan ümumi təmiz çəkisi 548 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti