Tramp Avropaya söz verdi - Tariflər artırılmayacaq
“Tramp mənə söz verdi ki, hələ avtomobillərə heç bir əlavə tarif tətbiq edilməyəcək. Mən bu vədə sizin güvənə biləcəyiniz bir şey kimi baxıram” – Yunker bildirib.
Lakin Avrokomissiyanın rəhbəri ABŞ prezidentinin bu sözü nə zaman verdiyini açıqlamayıb. Bununla belə vurğulayıb ki, Trampın vədinə sadiq qalmayacağı təqdirdə Aİ da dərhal reaksiya verərək ABŞ-dan daha çox soya və maye qaz alacağına dair verdiyi sözə əməl etməyəcək.
Leyla Elbrusqızı
Azvision.az