İdlibdə partlayış törədilib: 9 ölü, 37 yaralı

İdlibdə partlayış törədilib:    9 ölü, 37 yaralı
  19 Fevral 2019    Oxunub:1607
Suriyanın İdlib şəhərində partlayış törədilib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, şəhər ərazisində bomba yüklü iki maşının partladılması nəticəsində 9 nəfər həlak olub , 37 sakin yaralanıb.

Partlayışlar yaxınlıqdakı binalara ciddi ziyan vurub. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ölü sayının artacağı istisna edilmir.

Hələlik partlayışa görə, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Azvision.az



Teqlər: Suriya   İdlib  





Xəbər lenti