Saakaşvili erməni olmadığını sübut etdi
Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.
M.Saakaşvili qeyd edib ki, hakimiyyətdə olduğu illərdə etnik azlıqlar üçün çox işlər görülüb: “Buna görə də qədir bilən xalq, böyük təzyiqə baxmayaraq, bizə səs verib”.
Sabiq dövlət başçısı həmçinin ABŞ-da genetik testdən keçdiyini də yazıb: “Test göstərdi ki, mən təxminən 99 faiz gürcü, 1 faiz isə yunanam. Məndə bir damcı olsun belə, qeyri-gürcü qanı yoxdur. Mən əlbəttə ki, bütün qonşularımıza hörmət edirəm, Gürcüstanın istənilən etnik mənsubiyyətə sahib vətənpərvərlərini sevirəm. İndi məni digər etnosa aid edənlər qoy genetik testdən keçsinlər”.
Qeyd edək ki, M.Saakaşvilinin Gürcüstanın prezidenti olduğu illərdə bəzi ictimaiyyət nümayəndələri və siyasətçilər onun erməni olması ilə bağlı iddialar səsləndiriblər. (Report)
Azvision.az
Teqlər: Saakaşvili