Səngəçal terminalından 284 milyon barrel neft göndərilib

Səngəçal terminalından 284 milyon barrel neft göndərilib
  13 Fevral 2019    Oxunub:1869
Ötən il Səngəçal terminalı üçüncü tərəf həcmləri də daxil olmaqla 284 milyon barreldən çox neft və kondensat, o cümlədən 255 milyon barreldən artıq Bakı-Tbilisi-Ceyhanla (BTC), 28 milyon barreldən çox Qərb İxrac Boru Kəməri marşrutu ilə (QİBK) və təqribən 1,3 milyon barrelədək ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.
“BP Azerbaijan” şirkətindən Azvision.az -a verilən məlumata görə, 2018-ci ildə terminaldan, həmçinin gündəlik orta hesabla 28,4 milyon standart kubmetr (1 milyard 3 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac olunub.

İl ərzində AÇG ilə “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 55 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 75 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Azvision.az


Teqlər: BP  





Xəbər lenti