“Qazprom Ermənistan” 1500 nəfəri işsiz qoyacaq

   “Qazprom Ermənistan” 1500 nəfəri işsiz qoyacaq
  13 Fevral 2019    Oxunub:2003
Ermənistanda ştatların azaldılması prosesi təkcə dövlət idarəetmə sistemində deyil, həm də özəl sektorda müşahidə olunur.

Azvision.az -ın məlumatına görə, bu barədə "Jamanak" nəşri yazıb. Bildirilib ki, "Qazprom Ermənistan" şirkətinin rəhbərliyi yaxın vaxtlarda 1200-1500 arası əməkdaşı işdən azad etməyi planlaşdırır.
Eyni vəziyyət digər çoxsaylı şirkətlərdə də hökm sürür.

Qeyd olunub ki, bunan səbəb şirkət sahiblərindən bütün işçilərin qeydiyyata alınmasının tələb edilməsidir. Nəticədə şirkət rəhbəri daha çox vergi vermək məcburiyyətində qalır. Buna alternativ olaraq isə rəhbərlər işçiləri vəzifəsindən azad edir.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti