Əfqanıstanın taleyi Türkiyədə müzakirə olunacaq

Əfqanıstanın taleyi Türkiyədə müzakirə olunacaq
  12 Fevral 2019    Oxunub:2687
Rusiya prezidenti Vladimir Putinin Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov ilə ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad fevralın 22-də Ankarada görüş keçirəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Zamir Kabulov özü 5-6 fevral tarixlərində Moskvada “Taliban” silahlı hərəkatı nümayəndələri ilə keçirdiyi görüşlərin yekununa dair mətbuat konfransında bəyan edib. Bildirib ki, Əfqanıstanda davamlı sülhə nail olmaq üçün ABŞ hərbçilərinin bu ölkəni tərk etməsi və həll variantı kimi tərəflər arasında siyasi danışıqlar yolunun seçilməsidir.

“ABŞ prezidenti Donald Tramp da bildirib ki, Amerika nəticəyə varmadan çoxlu resurs və insan itkisi verib. ABŞ, nəhayət ki, bu müharibəyə son qoymalı olduğunun fərqinə vardı. Xarici bir ölkəyə məxsus hərbi qüvvələrin Əfqanıstanda olması istənilmir. Amma hələ ki, bu barədə danışmaq üçün çox tezdir”, - Kabulov vurğulayıb.

Putinin təmsilçisi onu da bildirib ki, regionda sülhün bərqərar olması üçün Rusiya əfqan xalqına lazımı dəstəyi verməyə hazırdır. Zamir Kabulov Rusiya və ABŞ-la yanaşı, Əfqanıstan probleminin həllində Pakistan və İranın da açar ölkələr olduğunu və bu prosesdə iştiraklarının vacibliyini diqqətə çatdırıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Əfqanıstan   ABŞ   Rusiya  





Xəbər lenti