Ermənistanın üç hərbi qulluqçusu yaralanıb

Ermənistanın üç hərbi qulluqçusu yaralanıb
  12 Fevral 2019    Oxunub:2452
Ermənistanda döyüş mövqeyində yerləşən hərbi hissələrdən birində 31 dekabr 2018-ci il tarixində qumbara ilə davranış qaydalarının pozulması nəticəsində bir neçə müddətli xidmət hərbi qulluqçusu yaralanıb.
Azvision.az -ın məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, insident nəticəsində S.Torosyan, M.Manukyan və A.Marabyan müxtəlif bədən xəsarətləri alıb və dərhal hərbi hospitala yerləşdiriliblər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Panorama.am" saytının məlumatına görə, yaralılardan biri hələ də hərbi hospitalda müalicə alır.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Ermənistan   Hərbçi  





Xəbər lenti