Qara görə 200 aviareys ləğv olunub

 Qara görə 200 aviareys ləğv olunub
  09 Fevral 2019    Oxunub:3164
ABŞ-ın Vaşinqton ştatında yerləşən Sietl şəhərində güclü qar səbəbindən 200 aviareys ləğv olunub.
Reyslərin ləğv edilməsi barədə qərar Sietlin şimalına qısa müddət ərzində 20 santimetr qar yağdıqdan sonra verilib.

Meteoroloqların güclü qar fırtınası barədə xəbərdarlığından sonra qubernator Cey İnsli Vaşinqton ştatında fövqəladə vəziyyət rejimi elan edib.

Yerli hökumət orqanları zərurət yaranmadığı təqdirdə insanları evlərindən çıxmamağa çağırıb. Həmçinin əlverişsiz hava şəraiti ilə əlaqədar bir çox müəssisələrin fəaliyyəti dayandırılıb.

Azvision.az



Teqlər: Qar  





Xəbər lenti