Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət təşkil edib

Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət təşkil edib
  07 Fevral 2019    Oxunub:2280
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Zaqatala şəhərində növbəti səyyar xidmət həyata keçirilib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədi daşıyan səyyar xidmətin imkanlarından 23 nəfər istifadə edib.



Onlardan 11 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 4 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 8 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, eləcə də daimi yaşama və iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.



Həmçinin tədbir iştirakçılarına Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi olan “MİGAZ”ın üstünlükləri, təqdim edilən elektron xidmətləri haqqında məlumatlar verilib.

Azvision.az


Teqlər: DMX  





Xəbər lenti