Araz və Kürdə çirklənmə artıb

Araz və Kürdə çirklənmə artıb
  12 Noyabr 2013    Oxunub:1251
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Noyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının III ongünlüyünə nisbətən 4 m3/san azalaraq 122 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2, Ağstafaçayda isə fenollar 4, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.

Noyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 2, I Şahsevəndə fenollar və mis birləşmələri 2, Bəhramtəpədə isə fenollar 3, mis birləşmələri 2 dəfə isə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.12-6.30 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

AzVision.az



Teqlər:





Xəbər lenti