Sərhədi qanunsuz keçən 4 nəfər tutuldu - FOTOLAR

 Sərhədi qanunsuz keçən 4 nəfər tutuldu -  FOTOLAR
  07 Fevral 2019    Oxunub:3617
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhə-dinin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə dövlət sərhədini pozmağa cəhd edərkən 2 Şri-Lanka, 1 Özbəkistan, 1 Azərbaycan Respublikası vətəndaşları, həmçinin dövlət sərhədinin pozulması ilə əlaqədar cinayətlərin iştirakçısı olan 1 Şri-Lanka və 3 Azərbaycan Respublikası vətən-daşları saxlanılıb.



Belə ki 15 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-London” reysi ilə uçmağa hazırlaşan Şri-lanka vətəndaşları 1972-ci il təvəllüdlü Subramaniyam Rasenthiram və 1999-cu il təvəllüdlü Siththirasekaram Panusam sənədlərin rəsmiləşdirilməsi zamanı təqdim etdikləri Böyük Britaniyaya məxsus vizaları saxta olduğundan saxlanılıblar.



Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta sənədlərin əldə olunması, düzəldilməsi, istifadəsində şübhəli bilinən Şri-Lanka vətəndaşı 1982-ci il təvəl-lüdlü Sivangnanam Kirusanthan və onunla əlbir olan Azərbaycan vətəndaşları 1986-cı il təvəllüdlü Mövlayev İlqar Dilqəm oğlu, 1983-cü il təvəllüdlü Ağalarov Ramazan Mirtalıb oğlu və 1993-cü il təvəllüdlü Piriyev Şahin Əhmədağa oğlu saxlanılıblar.



18 yanvar tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Qusar rayonunun Samur qəsəbəsinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Alıoğlu Orxan Famil oğlu sərhəd pozucusu qismində saxlanılıb.



20 yanvar tarixində eyni ərazisindən və eyni istiqamətdə dövlət sərhədini pozmağa cəhd edərkən Özbəkistan vətəndaşı 1951-ci il təvəllüdlü Nurmakhammadov Ramazon Nurmahammad oğlu sərhəd pozucusu qismində saxlanılıb. Hər iki şəxsin üzərində Rüsiya Federasiyasından deportasiya olunması barədə arayışlar aşkarlanıb. Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Azvision.az


Teqlər: DSX  





Xəbər lenti