`Nefçi`nin qapıçısı cəzalandırıldı

`Nefçi`nin qapıçısı cəzalandırıldı
  12 Noyabr 2013    Oxunub:1977
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İK Topaz Premyer Liqanın sonuncu turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb. Topaz Premyer Liqasının XIII turunun AZAL – “Qarabağ” matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XIII turunun “Neftçi” – “Bakı” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Oyununun 27-ci dəqiqəsində “Neftçi” klubunun 30 nömrəli futbolçusu Saşa Stamenkoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, kluba 200 manat cəza kəsilib.

Oyunun 1 və 31-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri, 16 və 59-cu dəqiqələrdə isə “Bakı” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 2000 manat cərimə olunub.


Teqlər:  





Xəbər lenti