Makrondan Türkiyəni qəzəbləndirəcək “soyqırım” qərarı

 Makrondan Türkiyəni qəzəbləndirəcək “soyqırım” qərarı
  06 Fevral 2019    Oxunub:6118
Fransa prezidenti Emmanuel Makron 24 aprel tarixini “erməni soyqırımını anma günü” elan edib. Bununla da, hər il 24 aprel Fransada qondarma soyqırımın anım günü kimi qeyd ediləcək.
Azvision.az xəbər verir ki, Makron bu barədə qərarını Erməni Təşkilatları Əlaqələndirmə Şurasının (CCAF) rəsmi qəbul naharındakı çıxışında bəyan edib. Daha sonra isə "Tvitter"də yazıb ki, “Fransa tarixlə üzləşir. Növbəti bir neçə həftə ərzində, söz verdiyim kimi, 24 apreli “erməni sıyqırımını anma günü” elan edirik.”

Makron onu da bildirib ki, məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı əvvəlcədən məlumatlandırıb: “Türkiyə ilə İŞİD-lə mübarizə, insan hüquqları, vətəndaş azadlıqları və soyqırım mövzularında fikir ayrılıqlarımız olsa da, dialoq kanallarımızı açıq tutmaq istəyirik”.

Fransanın qərarına rəsmi Ankara hələlik münasibət bildirməyib.

Xatırladaq ki, Fransa 2001-ci ilin 29 yanvarında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan ilk ölkələrdən biridir. 24 aprelin bu uydurma soyqırımın anma günü kimi keçirilməsi isə Makronun seçkiqabağı kampaniyasında verdiyi vədlərdən biri olub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Fransa   Makron   Türkiyə  





Xəbər lenti