Trampdan Yaxın Şərq anonsu: “Böyük millətlər əbədi döyüşməzlər”

    Trampdan Yaxın Şərq anonsu:    “Böyük millətlər əbədi döyüşməzlər”
  06 Fevral 2019    Oxunub:1669
ABŞ prezidenti Donald Tramp Konqressdə “Ölkənin vəziyyəti haqqında” illik müraciət çıxışında Yaxın Şərqdəki vəziyyətə dair yanaşmasını ortaya qoyaraq, dolayısilə artıq Amerikanın bu bölgədən geri çəkilmə vaxtının yetişdiyini deyib.
Azvision.az xəbər verir ki, əvvəlki ABŞ prezidentlərinin Yaxın Şərq siyasətlərini tənqid edən Tramp öz administrasiyasının bu bölgədəki siyasətini “prinsipial realizm” adlandırıb.

“Prezidentliyə namizəd olarkən yeni bir yanaşma vəd etmişdim. Böyük millətlər sonsuz döyüşlər aparmır. Hakimiyyətə gəldiyimdə İŞİD İraq və Suriyada təxminən 52 min kvadrat kilometr əraziyə nəzarət edirdi. Bu gün isə o bölgənin, demək olar ki, hamısını həmin qana susamış qatillərdən xilas etdik. İndi İŞİD-in qalıqlarını yox etmək üçün müttəfiqlərimizlə birlikdə işləyirik. Artıq qəhrəman döyüşçülərimizin Suriyadan çıxaraq öz isti evlərinə geri dönmələrinin vaxtı gəlib. 19 ilə yaxındır ki Yaxın Şərqdə döyüşürük. Əfqanıstan və İraqda təqribən 7 min amerikalı qəhrəman həyatını itirdi, 52 mindən çox amerikalı hərbçi ciddi yaralandı və biz Yaxın Şərqdə 7 trilyondan çox xərc çəkdik” – Tramp vurğulayıb.

ABŞ prezidenti Əfqanıstandakı uzunmüddətli savaşa son qoyulması üçün də artıq siyasi həll nöqtəsinə çatdıqlarını bildirib: “Əfqanıstanda da siyasi bir həllə nail olmaq üçün müzakirələrimizi sürətləndirmişik. Mənim administrasiyam “Taliban” daxil olmaqla Əfqanıstandakı qruplarla konstruktiv görüşlər həyata keçirir. Bu görüşlərdə irəliləyiş əldə olunduqca Əfqanıstandakı hərbçilərimizin sayını azalda və əsas diqqətimzii terrorla mübarizə sahəsinə yönəldə biləcəyik. Hansısa razılaşma əldə edib-etməyəcəyimzi bilmirik, amma iki onillik boyu davam edən müharibədən sonra ən azı sülh üçün təşəbbüs etmək zamanının gəldiyini bilirik”.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   İraq   ABŞ   Əfqanıstan   YaxınŞərq  





Xəbər lenti