Azərbaycana PUA satan İsrail şirkətinin lisenziyası bərpa edilib

Azərbaycana PUA satan İsrail şirkətinin lisenziyası bərpa edilib
  05 Fevral 2019    Oxunub:2140
İsrailin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems” şirkətinin pilotsuz uçuş aparatlarının satışı üçün verilən icazə lisenziyasını bərpa edib.

Azvision.az “The Times of Israel”ə istinadən xəbər verir ki, şirkətin rəhbərliyindəki 3 nəfərin lisenziyaları əllərindən alınsa da, bütövlükdə “Aeronautics Defense Systems” şirkətinə ixracat icazəsi verən lisenziya geri qaytarılıb.
Bununla bağlı ötən gün “Aeronautics Defense Systems” şirkəti Təl-Əviv birjasını “əsas müştərisinə” “Orbiter 1K” kamikadze PUA-sının satışına qoyulan qadağanın aradan götürüldüyü barədə məlumatlandırıb.

“Müdafiə Nazirliyi bəyan edib ki, lisenziyanın dayandırılması dərhal ləğv edilib. Şirkət mümkün qədər tez bir zamanda müştəriyə PUA tədarükünü davam etdirəcək”, – şirkət bəyan edib.

Qeyd edək ki, “Aeronautics Defense Systems” şirkəti öz məhsullarını dünyanın 50 ölkəsində müştərilərə təqim edir. Şirkətin müştəriləri arasında Azərbaycan da var.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   dağlıqQarabağ   İsrail  





Xəbər lenti