“Taliban”ın növbəti hücumu - 28 ölü

 “Taliban”ın növbəti hücumu -  28 ölü
  05 Fevral 2019    Oxunub:1593
“Taliban” silahlı hərəkatının hücumu nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinin 28 əməkdaşı ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “Pajvak” agentliyi yerli icra orqanlarına istinadən məlumat yayıb. Qeyd olunub ki, “Taliban”ın hücumu Kunduz əyalətində baş verib. İnsident barədə əlavə məlumat verilməyib.

Bu gecə isə “Taliban” silahlılarının Baqlan əyalətindəki nəzarət-keçid məntəqəsinə hücumu nəticəsində azı 10 əfqan polisi ölüb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Taliban   Əfqanıstan  





Xəbər lenti