Nazirlik qanunsuz ov edən ərəbi cərimələdi

Nazirlik qanunsuz ov edən ərəbi cərimələdi
  05 Fevral 2019    Oxunub:1421
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində icazəsiz ov edən əcnəbi vətəndaş saxlanılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Qətər vətəndaşı Ali Hamed SK Alsalamid olduğu məlum olub.

Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib edilib və 2000 manat məbləğində cərimə tətbiq olunub.

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 bəzgək quşu götürülərək təbiətə buraxılıb.

Azvision.az


Teqlər: Ov   Qanunsuz  





Xəbər lenti