DİN Mətbuat Xidmətindən
Azvision.az -a verilən məlumata görə, Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən yanvarın 31-də rayon ərazisindəki ofislərin birindən televizor və 2 ədəd kamera oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini Ş.Cəfərov saxlanılıb. Bundan başqa Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1500 metr elektrik kabeli və “Hovo” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunan R.Kərimov saxlanılıb.
Eyni zamanda Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 24-də R.Məmmədovun mobil telefonunu dələduzluq yolu ilə almaqda və cari il yanvarın 21-də rayon ərazisində “Toyota” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş H.Fərəcov saxlanılıb.
Azvision.az