Azyaşlı körpələrini küçəyə atan ana etiraf etdi - Yenilənib

Azyaşlı körpələrini küçəyə atan ana etiraf etdi -  Yenilənib
  04 Fevral 2019    Oxunub:4840
Bərdədə uşaqlarını küçəyə atan qadın Qazax rayonunda yaşayır. O, iki azyaşlı övladından imtina etməsini maddi durumunun çətin olması ilə əlaqələndirib.

Bu barədə Azvision.az -a Bərdə Rayon İcra Hakimiyyətinin baş mütəxəssisi Fuad Hacıyev bildirib.
"Uşaqları küçəyə atan Bərdədə qeydiyyatda deyil. O, Qazaxdan gələrək uşaqları Bərdədə yolun kənarına atıb. Qadın dolanışıq səbəbindən, kirayə pulu verə bilmədiyi üçün bu addımı etdiyini deyib. Dediyinə görə, tək yaşayır, həyat yoldaşı yoxdur”, - deyə F.Hacıyev vurğulayıb.

***
Bərdə rayonunda küçədən tapılan iki az yaşlı uşağın valideynləri hazırda hüquq-mühafizə orqanlarında dindirilir.

Bu barədə Azvision.az -a Bərdə şəhər inzibati ərazi vahidi üzrə icra nümayəndəsi Əli Fərzəliyev məlumat verib. O bildirib ki, ailə Bərdənin Kələntərli kənd sakinləridir.

“Mənə verilən məlumata görə, ailə normal deyil. Uşaqların anasında psixi pozuntuların olduğu deyilir. İndi valideynlər polisdə dindirilir”, - deyə Ə.Fərzəliyev əlavə edib.

Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb. Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar.

Aytən Zəhra
Azvision.az



Teqlər: Bərdə  





Xəbər lenti