“Bizi lazımsız müharibəyə qarışdırdılar” - Tramp

  03 Fevral 2019    Oxunub : 1615
 “Bizi lazımsız müharibəyə qarışdırdılar” - Tramp
"İran nüvə razılaşmasına riayət etmir"
Azvision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "CBS" telekanalına müsahibəsində deyib.

Jurnalistin "ABŞ kəşfiyyatı iddia edir ki, İran nüvə proqramı haqqında razılaşmaya riayət edir" fikrinə cavab olaraq Tramp bildirib: "Mən onlarla razı deyiləm. Mənim kəşfiyyatım var, amma bu, o demək deyil ki, mən onlarla razılaşmaq məcburiyyətindəyəm".

Tramp, həmçinin qeyd edib ki, kiçik Corc Buş kəşfiyyatın İraqın "kütləvi qırğın silahlarının bütün növlərinə" malik olduğu barədə məlumatına inandı: "Kəşfiyyatın bu əməkdaşları nə etdiklərini qətiyyən anlamırdılar və bizi heç vaxt iştirak etməyimiz, lazım olmayacaq müharibəyə qarışdırdılar".

Azvision.az

Teqlər: Tramp   ABŞ