“Eləsi var ki, qrant müsabiqəsi vaxtı peyda olur” - Nazir müavini

   “Eləsi var ki, qrant müsabiqəsi vaxtı peyda olur” -    Nazir müavini
  01 Fevral 2019    Oxunub:1697
"Bu gün gənclər siyasəti sahəsində formalaşmış normativ baza var. Dövlət gənclər siyasətinin başlanmasının 25 illiyi çərçivəsində bu il artıq gənclər siyasəti ilə bağlı qanuna yeni əlavə və düzəlişlər olacaq, yeni anlayışlar gətiriləcək"
Azvision.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 Fevral - Gənclər günü ilə bağlı mətbuat nümayəndələri ilə görüşdə deyib. Nazir müavini qeyd edib ki, qanunda olan bəndlərdə müəyyən düzəlişlər olacaq və bunlar gənclərin xeyrinə olacaq.

"Bu düzəlişlərin hər biri qlobal çağırışlara və dövlətin daxili imkanlarına cavab verir. Bu gün gənclərimiz kifayət qədər vətənpərvər köklərinə sadiqdir. Lakin bəzən formalaşması müasir dövrə düşən gənc ötən zamana qiymət verə bilmir və o vaxtı dəyərləndirmir. Bugünkü inkişafı görür və hesab edir ki, belə də olmalıdır və daha çox olmalıdır. Kimki o günü görüb yaxşını, pisi ayırır".

Nazir müavini qeyd edib ki, bu gün 350-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. "Onların hər biri o qədər də fəal deyil və biz bunu gözləmirik də. Bunun içərisində hər gün işləyənlər də var. Eləsi var ki, qrant müsabiqəsi vaxtı peyda olur. Biz hər biri ilə çalışırıq. Bununla yanaşı, dövlət qurumları ilə də gənclərlə bağlı işləyirik".

İ.Babayev əlavə edib ki, bu gün gənclərin və təşkilatların ideyalarının formalaşdırılması üçün böyük donor sistemi mövcuddur.

Aytən Zəhra
Azvision.az




Teqlər:





Xəbər lenti