Dənizdən bir tük də Qənimətdir - KARİKATURA

   Dənizdən bir tük də Qənimətdir -    KARİKATURA
  01 Fevral 2019    Oxunub:7291
Bugünlərdə radikalların sosial şəbəkə qrupuna daxil olan şəxslər belə bir informasiya yayırlar ki, guya Azərbaycana məsus olan 30 ton qızıl və 4 milyard dollar pulu daşıyan gəmi Xəzər dənizində batıb. Xəbəri ilk olaraq, Əli Kərimlinin dezinformasiya kanalizasiyasının baş kollektoru Qənimət Zahid yayıb.
Bu adamlar öz axmaqlıqlarının içində o qədər batıblar ki, hətta normal bir dezonformasiya da quraşdırmağı bacarmırlar. 21-ci əsrdə belə bir şey mümkündürmü ki, gəmi batsın və Qənimət Zahiddən başqa heç kim ondan xəbər tutmasın? Özü də Xəzər kimi dünya xəritəsində “bir ovuc” yer tutan balaca bir dənizdə? Digər tərəfdən, pul köçürmələrinin onlayn icra edildiyi bir dövrdə 30 ton qızıl və 4 milyard dollar niyə guppa-gupla gəmiyə yüklənib, harasa aparılmalıdır axı?!

Görəsən, Əli Kərimli və onun Parisdəki dezinformasiya kloakasının baş kollektoru Qənimət Zahid buraxdıqları “dezo”ya özləri inanırlarmı? Əgər inanırlarsa, onlara işgüzar bir təklifimiz var: Gəlin, ekspedisiya təşkil edib, həmin xəzinəni dənizin dibindən çıxaraq. Zarafat deyil e, bu qədər qızılı heç dünya okeanını ələk-vələk edən Morqan, Flint kimi məşhur dəniz quldurları da tapa bilməmişdilər ki, Əli-Qənimət cütlüyü tapıb. Dənizdən bir tük də Qənimətdir.



Teqlər: Dezinformasiya   Əli-Kərimli   Qənimət-Zahid  





Xəbər lenti